Categories
Uncategorized @az

Memarlar və dizaynerlər – düzgün birini necə seçmək olar

Memarlar və Dizaynerlərə müraciət edərkən düşünməli olduğunuz müxtəlif komponentlər var. Saysız-hesabsız müxtəlif memar və dizaynerlərin arasından ən yaxşılarını tapmaq çətin görünə bilər.

Gəlin unutmayaq, siz ozünüzün və yaxınlarınızın daim gozləri önundə olacaq, sevə biləcəyiniz bir memarlıq əsərinə sərmayə qoymağa hazırlaşırsınız.

Seçimlərinizi araşdırmaq və nə axtardığınızı yaxşı bilmək, arzunuzun həyata keçməsi üçün ən yaxşı seçimi etməkdə sizə yardımçı ola biləcək bir neçə şərt var.

– Heç vaxt araşdırma etmədən, rastlaşdığınız memarın ve ya dizaynerin yaratdığı əsərlərlə, gordüyü işlərlə tanış olmadan qərar verməyin. Ölkənin ən yaxşı memarlıq əsərlərinin yaradıcılarını tapmaq elə də çətin deyil, həqiqətən bunu öz müşahidələrinizlə görə bilərsiniz. Bu, sizə düzgün qərar verməkdə və daim, hər baxışda sevəcəyiniz, gələcək nəsillər üçün memarlıq abidəsi ola biləcək bir əsər yaratmaqda kömək edər.

– Maliyyə planınızı və bir memar üçün xərcləməli olduğunuz məbləği düşünün. Bu seçiminizdə narahatlığınız olmasa belə, nəzərə alınmalı bir komponent olacaqdır. Öz işini bilən və sizi səbrlə dinləyən, başa düşən, düşüncələrinizi həyata keçirməyi bacaran bir yaradıcını tapmalısınız.

– Keçmiş işlərinə nəzər salmağı unutmayın. Memarlar və dizaynerlər, şairlər,yazıçılar və bəstəkarlar kimidir. Onların yaratdıqları əsərlərə  baxın və bunun sizin arzu, istək və zövqünüzə uyğun olduğundan əmin olun. Mükəmməl bir əsər yaratmaq arzunuzu nəzərə alsaq, onların axtardığınız bir yaradıcı olduğuna əmin olun. Unutmayın, sizə, yaratmaq istədiyiniz binanı sizin qədər sevə bilməyi bacaran bir memar və dizayner lazımdır.

– Son 100 illikdə vətənimizdə yaradılmış tarixi sənət əsərləri bizə imkan verir deyək ki, füsunkar memarlıq əsərlərinin yaradılmasında Azərbaycan memarlarının öz imzaları var. Memarlıq işlərini yerinə yetirməkdə çoxillik təcrübəyə malik mütəxəssislərin hazırlanması əminliklə deməyə əsas verir ki, bizdə memarlıq fasadlarının yaradılmasında təbii daşlardan istifadə ənənəsi var. Başqa ölkələrdən olan memarların  peşəkarlığına şübhə etmədən, həm də qeyd etmək lazımdlr ki, ağlay daşlarla üzlənən fasadların həqiqətən füsunkar, səhvsiz və möhtəşəm olması üçün həm də həmin sahədə uzun illər təcrübəyə malik memar və dizaynerlərlə işləmək vacibdir.

Xərclərlə yanaşı, planladığınız və arzuladığınız bir nəticəni əldə etməkdə bu qeydlərdən yararlana biləcəyinizi arzu edirik.

Daha ətraflı məlumat və ya axtardığınızı əldə etməkdə yarana biləcək suallarınızı bizdən soruşmaq istəsəniz https//aglay.com səhifəsinə kecid eda bilərsiniz.

Ümid edirik ki, arzuladığınız evinizi yaratmaq üçün memar və ya dizayner, başqa cür desək kompozisiya yaradıcısı axtardığınız zaman bu məsləhətlər seçim  etməkdə sizə kömək edəcəkdir.