• az
  • ru
  • en
Aglay

Qədim dövrlərdən
müasir dövrə

Unutmayın, şəhərimizin simasının formalaşmasında hər bir binanın fasadı xüsusi rol oynayır.

Çəkdiyiniz zəhmətin dəyərini hiss etmək üçün təcrübəli memarlara müraciət edin.

Onların bilikləri sayəsində sadə divar, estetik elementlərlə zənginləşdirilmiş əsl sənət əsərinə çevrilə bilər.

Təbii aqlay daşın düzgün seçimi, memarlıq elementlərinin peşəkar tətbiqi ilə birləşdikdə möhtəşəm vizual effekt yaradır və siz hər zaman gördüyünüz işdən zövq alarsınız.

Aglay nədir?

Aqlay adı, daş hasil edilən dağın adından gəlir və ‘Ag (Ağ) Lay (Lay)’ ifadəsindən yaranmışdır.

Aqlay daşı fasadın daşla üzlənməsi sahəsində, dünyada qəbul olunmuş ən mükəmməl tikinti materiallarından biridir.

O, əsasən eksteryer üzləmələrində, bəzən isə interyer həllərində istifadə edilir və memarlıq elementlərinin hazırlanmasında əvəzsizdir.

Özünəməxsus teksturası və rəng palitrası sayəsində aqlay isti, işıqlı və estetik baxımdan cəlbedici vizual görünüş yaradır.

Daş üzərində oyma işləri

İstedadlı memarlar yalnız düzgün bölgü və planlama ilə kifayətlənməyərək, əsrlər boyu formalaşmış qədim ənənələr və memarlıq elementlərini, müasir materialları, eləcə də öz yaradıcılıq təcrübə və biliklərini ustalıqla birləşdirirlər. Bunun nəticəsində hər bir binaya fərdi cazibə qazandıran unikal fasadlar ərsəyə gəlir.

Azərbaycan Respublikasının müstəqillik dövründə inşa edilən ən dəyərli memarlıq nümunələri sırasında Memar Mirzağa Əliyevin layihəsi əsasında Crystal Abşeron şirkəti tərəfindən Şəfayət Mehdiyev və Ç. Məmmədquluzadə küçələrində inşa olunmuş binaları, həmçinin Memar Samir Yusifzadənin layihəsi üzrə Azinvet QSC tərəfindən tikilmiş Boulevard Residence kompleksini və digər mühüm tikililəri xüsusi olaraq qeyd etmək olar.

Oyma işləri ML və BA

Binanın işıqlanması memarlıqda əsas amillərdən biri hesab olunur.

Müasir dövrdə isə işıq və kölgə oyunlarından məharətlə istifadə edilməklə estetik baxımdan zəngin memarlıq effektləri yaradılır. İşıqlandırma yalnız binanın gecə görünüşünü deyil, həm də onun memarlıq üslubunu ön plana çıxarır, fasad elementlərinin dərinliyini və incəliyini vurğulayır.

Müstəqillik dövründə inşa edilən binaların fasadlarında işıqlandırma həlləri elə düşünülüb tətbiq edilmişdir ki, onlar günün istənilən saatında möhtəşəm görünüşünü qoruyub saxlayır. Daha ətraflı məlumat üçün Bakı Gecələri bölməsinə nəzər yetirə bilərsiniz.