Daşın interyer və eksteryerdə istifadəsi dünyanın hər yerində onu tətbiq edən bina sahiblərinə şöhrət və hörmət qazandırır.
İstər biznes binası olsun, istərsə də fərdi evlər, binanın möhtəşəmliyi, gözəlliyi və izolyasiyası üçün təbii daşların istifadəsindən daha mükəmməl həll mövcud deyil.
Daxili istehsal və əhali arasında klassik üsluba meyllilik olduğu üçün, fasadların daşla üzlənməsi ölkə ərazisində geniş istifadə olunur.
Və düzgün memarlıq qaydaları ilə tikilmiş klassik daş fasadlar mehmanxanalar, kafelər, şəxsi evlər və digər muxtəlif binaların fasadlarının üzlənməsində tətbiq olunur.
Aşağıda sadalananlar daşların şöhrətinin artmasının 6 əsas səbəbidir:
- Möhtəşəm Vizual Cazibə
- Aqlay üzlük daşlarının interyerdə və eksteryerdə tətbiq imkanları
- Qədim dövrlərdən bu günə qədər istifadə olunan materiallar arasında ən möhtəşəmi və ən gözəli
- Ən çətin incəsənət əsərlərinin aqlay üzlük daşlarından hazırlanma imkanları
- Ən yaxşı təbii izolyasiya
- Binalar üçün cox vacib olan, nəfəs alma qabiliyyəti
- Uzun ömürlülük . Aqlay üzlük daşları ilə yaradılmış fasadın ömrü, binanın ömrü qədər uzundur
- Xüsusi xidmət tələb etməməsı.
- Yalnız bir dəfə xərc çəkilməsi
- Aqlay üzlük daşları ilə bəzədilən fasadlar tarixən öz sahiblərinə uyut, rahatlıq və xöşbəxtlik gətiriblər
İnteryerdə və eksteryerdə üzlük daşlardan istifadə etməyin bir səbəbi də, aqlay üzlük daşlarının ona toxunuşda isti olması təsiri bağışlamasıdır.
Sərtlik
Aqlay üzlük daşlarının yaratdığı fasad, 2-3 il mövcud olan boya və ya şüşəli plitələr kimi deyil.
Daş uzun illər cazibəsini saxlayacaq davamlı materialdır. Bundan əlavə, ətraf mühitin təsirinə qarşı davamlıdır. Daşla üzlənən fasadlar qocaldıqca daha qiymətli olaraq gələcək nəsillər üçün tarixi abidələrə cevrilir və memarlıq əsərləri kimi qiymətli olur.
Fasadların daşla üzlənməsi
Unutmayın, təbiətdə yaranan hər şey canlıdır.
Plastik və ya betondan hazırlanmış süni və qeyri-təbii materiallar təbii daşların yaratdığı füsunkar gözəlliyi verə bilməz.
Hərdən başınızı qaldırıb altından keçdiyiniz binaların fasadlarına baxın. 1890 cı illərdən bu günədək Bakımızı bəzəyən, əsl memarlıq abidələrinə çevrilmış daş fasadların möhtəşəmliyi, füsunkarlığı sizi valeh edəcək.
Gəlin düşünək hansı süni material belə təbii və füsunkar gözəllik yarada bilər?